“Onun ixtiyarı yoxdur alnına botoks vursun”

“Onun ixtiyarı yoxdur alnına botoks vursun”

Xalq artisti Tünzalə Ağayeva növbəti açıqlamaları ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi qara piarla bağlı fikirlərini səsləndirib. Bu barədə o, "Xəbər ətər" verilişində danışıb.

"Çoxlu qara piarımız gedir. Sarı piar bizdən yazır, biz ona fikir vermirik. İllər boyu eşitmişik ki, qara piar da piardır. Amma qara piar cəmiyyətdə etibar göstəricisi deyil. Qara piar sadəcə tanınmışlıq göstəricisidir. Etibarı isə illərlə işinin keyfiyyəti və şəxsiyyətinlə qazanırsan. İmic dəyişikliyi ilə yox. İstəyirəm tamaşaçılar o sərhədin çox yaxşı fərqinə varsınlar. Aktyor, artist, müğənni müxtəlif obrazlara girib çıxa bilər. Bu il beləyəm, gələn il heç gözləmədiyinizəm. Bunun özəl səbəbləri, səhnə arxasında olan səbəbləri var. Məsələn, olur ki, bəzi aktyoru aylarla saqqallı, saçı uzun görürük, deyirik, yaraşmır. Sən demə rolu imiş, 6-8 aylıq müqavilə bağlayıb", - deyə, ifaçı bildirib.

O, dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin adını çəkərək nümunə gətirib:

"Məsələn, Cey Lonun ixtiyarı yoxdur alnına botoks vursun. Amerikada bu industriya belədir. Etsə, qonorarından qalacaq. Qırışları açılandan sonra rejissorun ondan gözlədiyini verə bilməyəcək. Biz o səviyyədə yaşaya bilmirik. Bizdə daha çox imicimizin üstünə gedirlər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun