"Keçmiş qayınanamla olan münasibət məni qanə edirdi. Qayınanamı çox istəmişəm. Çünki o, doğma xalam idi".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "7 tamam" verilişində deyib.
Kərimova bildirib ki, onun oğlu ilə boşanması xalasına pis təsir edib:
"Mən qayınanamı istədiyim kimi o da məni bir övladı kimi çox istəyirdi. Hərdən o mənimlə başqa gəlinləri arasında ayrı-seçkilik də edirdi. Mən isə ona deyirdim ki, qətiyyən belə etmə. Digər gəlinlərin səndən buna görə inciyə bilərlər. Deyərlər ki, bu özününküdür, hər zaman da bunu (özünü nəzərdə tutur - red.) hamıdan yaxın tutur. Onun oğlu ilə ayrılmağım ona pis təsir göstərdi".
Qeyd edək ki, Könül Kərimovanın iki övladı var - Rəşad və Ləman.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun