Reper Orxan Zeynallı rejissor Emil Quliyevlə iş birliyi edib.
OLAY yazır ki, Amerikadan Bakıya gələn sənətçinin növbəti klipinin rejissorluğunu E. Quliyev öhdəsinə götürüb. Bu barədə Orxan instaqramda fotolar paylaşıb və bu sözləri yazıb:
“Emil Quliyevlə çəkiliş meydanından. Bakıya çatan kimi iş başındayam. Gələn ay yayımlanacaq olan film kimi klipimiz çox önəmli mövzu haqdadır. İnanmaq istəyirəm ki, irimiqyaslı layihəmiz öz məqsədinə çata biləcək və bunun bir parçası olmaq qürurvericidir!”.