Müğənni Elçin Cəfərov paylaşımı ilə diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sevgi dolu sözləri ilə müzakirələrə səbəb olub. Bir xanımla şəklini yayımlayan Elçin bunları yazıb:
"Təsəvvürümə gətirə bilməzidm heç, yəni bu qədərmi sevər... İnan nə hiss etdiyimi sözlərlə ifadə edə bilmirəm. Mən də onu sevirəm, bəlkə daha çox. Amma mən hisslərimi ifadə edə bilmirəm. Çünki o istək məndə çox dərinliklərdədir. Onun üçün çox darıxıram. Elə indi gedəcəyəm, ürəyimdə nə varsa hamısını ona deyəcəyəm. Axı o mənim hər şeyimdir, ürəyimdir mənim".
Sənətçi paylaşımında yaxın günlərdə təqdim etməyə hazırlaşdığı "Gedəcəyəm" mahnısının da adını qeyd edib.
Qeyd edək ki, Elçin bir müddət əvvəl həyat yoldaşı Aydandan boşanıb. Cütlüyün Can adlı bir oğul övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun