“Ateşe düştüm” mahnısı ilə daha da populyarlaşan, aktrisa Serenay Sarıkaya ilə sevgili olduğu deyilən türk müğənni Mert Demir Bakıya gəlib.
Sənətçinin uçduğu təyyarə bir qədər əvvəl eniş edib. Bu gün Heydər Əliyev sarayında konsert verməyə hazırlaşan ifaçını hava limanında jurnalistlər qarşılayıb. O, Azərbaycana ilk dəfə gəldiyini və həyəcanlı olduğunu dilə gətirib.
Media nümayəndələrinin stil dəyişikliyi ilə bağlı sualını cavablandıran ifaçı “Mən tez-tez bunu edirəm. İmicimi dəyişərm. Bir səhər oyandım kəsdim”, - deyə, bildirib.
Daha sonra jurnalistin “Bir xanımın sözü ilə etdiniz” sualını eşidən müğənni “Yox” deyərək oradan uzaqlaşıb.
Həmin anlar OLAY tərəfindən görüntülənib: