"Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova "Xəzər axşamı" verilişində deyib. O, aşıqlarla bağlı sualları cavablandırıb.
Sənətçi sahibi olduğu restorandan danışarkən "Yeganə restorandı ki, hamı bir-birini tanıyır. Gələn adam elə bilir ki, evimdədir" deyə, söyləyib.
Aşıq "Kiminlə yola çıxmazsan: Manaf Ağayev, Yusif Mustafayev və Tacir Şahmalıoğlu" sualına "Tacirlə bir yola çıxmaram. Manaf və Yusiflə yol çıxmışıq" cavabını verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun