Türkiyənin məşhur blogeri Çağla Öz vanlı iş adamı Kara Haydar ilə ailə qurmağa hazırlaşır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, cütlüyün dəbdəbəli nişan mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Otellərdən birində təşkil edilən gecədə gəlinə kilolarla qızıl taxıldığı bildirilib.
Qəbilə adət-ənənələrinin nümayiş olunduğu mərasimdə gəlinin çəkisi qədər qızıl gətirildiyi iddia edilib. Məlumata görə, iş adamı nişan gecəsi üçün milyonlarla vəsait xərcləyib.
Milli.Az

















