Əməkdar artist Gövhər Rzayeva mərhum sənətkar Zöhrə Abdullayeva ilə bağlı illər sonra diqqətçəkən açıqlama verib.
Milli.Az xəbər verir ki, qarmon ifaçısı Zöhrə Abdullayeva haqqında indiyədək səsləndirmədiyi bəzi məqamlardan danışıb.
Rzayevanın sözlərinə görə, bir müddət əvvəl ona zəng edən şəxs mərhum sənətçinin halallıq almaq istədiyini bildirib:
"Bir nəfər mənə zəng edib dedi ki, Zöhrə səninlə danışmaq, halallıq almaq istəyirdi. Amma buna fürsət çatmadı", - deyə sənətçi qeyd edib.
Səsləndirilən fikirlər sosial şəbəkələrdə maraq doğurub və izləyicilər arasında müzakirələrə səbəb olub.
Musa
Milli.Az
















