Müğənni Cenifer Lopez alıcı tapılmadığı üçün dəfələrlə satış elanından çıxarılan Beverli Hillsdəki dəbdəbəli malikanə 20 milyon dollarlıq böyük endirimlə yenidən satışa çıxarılıb.
OLAY yazır ki, cütlük 2023-cü ilin may ayında təxminən 60,9 milyon dollara aldıqları və təmirinə milyonlarla dollar xərclədikləri evi satmaqda çətinlik çəkir.
Əmlakın satış prosesində diqqət çəkən qiymət dəyişiklikləri belədir:
İlk elan: 68 milyon dollar (təxminən 3 milyard TL)
İlk endirim: 59,9 milyon dollar
İkinci cəhd: 52 milyon dollar
Hazırkı qiymət: 49,9 milyon dollar (təxminən 2 milyard TL)

















