Mersin Mədəniyyət Yolu Festivalı çərçivəsində səhnəyə çıxan türkiyəli pop müğənnisi Bengü pərəstişkarlarına unudulmaz gecə yaşadıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, minlərlə tamaşaçının qatıldığı konsertdə sənətçi sevilən hitlərini səsləndirib. Gecənin ən emosional anları isə "Sayqımdan" mahnısı zamanı yaşanıb. Tamaşaçıların mahnını birlikdə ifa etməsi Bengünü duyğulandırıb.
Sevgi dolu atmosfer qarşısında göz yaşlarını saxlaya bilməyən müğənni bir anlıq mahnını davam etdirməkdə çətinlik çəkib. Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.
Konsertin Analar gününə təsadüf etməsi gecəyə xüsusi ab-hava qatıb. İki uşaq anası olan Bengü səhnədən bütün anaları təbrik edərək analığın müqəddəs hiss olduğunu vurğulayıb.
Müğənninin səmimi çıxışı və emosional anları festival iştirakçıları tərəfindən uzun sürən alqışlarla qarşılanıb.
Musa
Milli.Az
















