Aktrisa Sonaxanım Əliyeva özünə yeni ev alıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
Xırdalanda həyət evində yaşayan Sonaxanım oranı satdığını və Yasamal ərazisində yeni mənzil aldığını açıqlayıb:
"Ev dəyişirəm. Yeni ev almışam. Evimi neçəyə satdığımı açıqlamaq istəmirəm. Bu gün evi bu qiymətə satırsan, beş gündən sonra isə qiymət qalxır. Deyirsən ki, ucuz satmışam. Yəni ev satanda ucuz, alanda isə baha alırıq. Hələki yeni evimə köçməmişəm. Evi Yasamal tərəfdə almışam".
S.Əliyeva bildirib ki, yeni mənzilinə köçdükdən sonra imam süfrəsi açacaq. Aktrisa bu süfrəyə isə aparıcı Elgiz Əkbəri qonaq çağıracağını vurğulayıb. Elgiz isə bildirib ki, Sonaxanımın evinə nəmərlə gələcək.
Qeyd edək ki, aktrisa Sonaxanım Əliyeva ilə qardaşı Rüfət bəy vəfat edən anaları Minaxanımın Xırdalan şəhərində yerləşən üç otaqlı həyət evini aralarında bölüşdürə bilmirdilər. Onlar "Təsir dairəsi" ictimai-sosial verilişinin canlı efirində bir-birini ağır şəkildə ittiham ediblər. Tərəflər analarının dünyasını dəyişməzdən əvvəl evi həm qızına, həm də qardaşına miras qoyduğunu bildiriblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun