Ard-arda veriliş aparacaqlar

Ard-arda veriliş aparacaqlar

Aparıcı Günay Baxşəliyeva ATV kanalının efirində yeni veriliş aparacaq.

OLAY yazır ki, o, həftəiçi 5 gün saat 15:00-da “Günaylı gün” verilişi ilə izləyici qarşısına çıxacaq.

Bir saat 30 dəqiqəlik canlı efirdən sonra isə, həyat yoldaşı Zaur Baxşəliyevin “Bizimləsən” proqramı başlayacaq. “Bizimləsən”in qısaldılan vaxtında Günayın aparıcılıq etməsi isə diqqət çəkib.

Qeyd edək ki, həftə içi 5 gün ayrı-ayrı canlı efirə çıxdıqdan sonra, onlar həftə sonları “Zaurla Günaydın” verilişinə də davam edəcəklər.