İspaniyadan Bakıya qayıdan aparıcı İlkin Həsəninin başına iş gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, təyyarəyə gecikən aparıcı Frankfurt hava limanında qalıb. O, bir gününü hava limanında keçirməli olduğunu bildirib:
"Əslində Bakıda olmalı, divanımda uzanmalı idim. Sevilyadan Frankfurta uçan təyyarə hava şəraitinə görə gecikdi. Mən də Bakı reysinə gecikdim. Şirkət bütün biletləri dəyişdi. Amma Bakıya bir gün sonra İstanbuldan gələcəyəm, otel və yeməklə təmin etdilər. Vizam birdəfəlik olduğu üçün hava limanından çıxa da bilmirəm. Bir gün Frankfurt hava limanında qalmışam".
İlkin hava limanındakı gününü izləyiciləri ilə bölüşərək "Bütün hava limanlarına nifrət edirəm" sözlərini söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun