Aktyor Elşən Orucov Türkiyədə seriala çəkilməsindən danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Zaurla Günaydın" proqramına qonaq olan ifaçı ona ünvanlanan sualları cavablandırıb. Elşən nə qədər qonorar alması ilə bağlı suallara belə cavab verib:
"Yüksək qonorar alıram. Hazırda çəkildiyim serial 10 seriyadır, 4 bölümündə mən varam. TRT-də gedəcək. "Ben bu cihana sığmazam" serialında bir bölümdə oldum. Amma yenidən olacam. Hətta bir bölümü Qarabağda çəkəcəyik. Danışmışıq, razılıq alınıb".
Qeyd edək ki, Elşən türkiyəli aktyor Ozan Akbabanın "Çırak" serialında rol alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun