"Məni ən çox narahat edən müəllif hüququna riayət olunmamasıdır. Bu, hər şeyin əsasını təşkil etməlidir. Müəllif hüquqlarına əməl edilməməsi, Azərbaycanın müasir musiqi sənayesində bir narahatçılığa səbəb olur. Müəlliflik hüququna həmişə hörmət edilməlidir".
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri reper Elşad Xose Mədəniyyət və yaradıcı sənayelər forumu çərçivəsində təşkil olunan Musiqi İndustriyası Platformasında "Rəqəmsal dövrdə musiqi sənayesinin eko-sistemdə formalaşması" adlı panel-sessiysında deyib. İfaçı Azərbaycanda rep musiqisinin inkişafı mövzusuna da toxunub:
"Yeni nəsil reperlər elektron musiqi platformaları ilə dostdur, bizim kimi deyil. Azərbaycanda repin inkişafından ümumi inkişaf kontekstindən kənarda danışmaq mümkün deyil. Senzura ilə bağlı problem yoxdur, musiqinin yayımında problem yoxdur, mediada müəyyən problem var, amma yuxarıda dediyim kimi, müəllif hüquqları problemi məni narahat edir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun