Tanınmış aktyor biznesini satır

Tanınmış aktyor biznesini satır

Uzun illərdir müxtəlif sektorlara yatırdığı investisiyalarla diqqət çəkən sənətçi Metin Akpınar enerji şirkətindəki səhmlərini satışa çıxarıb.

Milli.Az xəbər verir ki, aktyor Metin Akpınar "Enda Energy Holding"dəki səhmlərini satır.

Bildirilib ki, Akpınar satış əməliyyatı baş tutduqdan sonra təxminən 8 milyon TL gəlir əldə etməyi hədəfləyir.

Qeyd edək ki, Akpınarın İzmir Şəhər Xəstəxanasının investorları arasında olduğu da bildirilir.

Milli.Az