Konsert zəlzələyə səbəb oldu!

Konsert zəlzələyə səbəb oldu!

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən və təxminən 80 min tamaşaçının qatıldığı ABŞ qrupu “Metallica” konserti kiçik zəlzələ yaradıb.

OLAY yazır ki, zəlzələ monitorinqi avadanlıqları tədbir səbəbindən kiçik silkələnmələr qeydə alıb. İnstitut tədbirdə kütlənin koordinasiyalı hərəkətləri nəticəsində yaranan silkələnməni “konsert zəlzələsi” adlandırıb.