Müğənni Şəbnəm Tovuzlu bu dəfə fərqli addımı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi iştirak etdiyi məclislərdən birində nümayiş etdirdiyi davranışla izləyicilərin rəğbətini qazanıb. Belə ki, tədbir zamanı ona təqdim olunan pul mükafatını aparıcı Mətanət Əliverdiyevaya bağışlayıb.
Şəbnəm Tovuzlunun bu jesti tədbirdə iştirak edənlərin diqqətini çəkib. Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilər tərəfindən müsbət qarşılanıb.
Bir çox izləyici sənətçinin bu addımını alqışlayaraq onun səmimi davranış sərgilədiyini qeyd edib.
Musa
Milli.Az
















