Flora Kərimova ilə qohum olan müğənni: "Onun babası soyadı QORUYA BİLMƏYİB"

Flora Kərimova ilə qohum olan müğənni: "Onun babası soyadı QORUYA BİLMƏYİB"

Müğənni ilə bağlı maraqlı iddia gündəm olub. Sosial şəbəkədə yayılan paylaşımda Xalq artisti Flora Kərimova ilə qohumluq əlaqəsindən bəhs edilib.

Milli.Az-ın məlumatına görə, o, bildirib ki, sənətkarın soyadının kökü əslində "Kərimbəyov" nəslinə dayanır.

"Flora Kərimovanın soyadının kökünə getsək, əslində onun da soyadı Kərimbəyov olub. Məlum səbəblərə görə həmin illərdə bir çox ailələr soyadlarını qorumaqda çətinlik çəkirdi. Bizim ulu babamız isə hər şeyini itirmək bahasına olsa belə, soyadı qorumağı seçib. Qaçqın həyatı yaşayıb, kasıbçılıq görüb, amma nəslin soyadını bziim üçün qoruyub saxlayıb. Qaçaraq bütün var-dövlətini, imkanlarını geridə qoyub, həyatına sıfırdan başlayıb. Biz Zarağan kəndindən olan bəy nəslindənik. Düşünürük ki, Flora xanımın babası sovet dövrünün repressiyaları zamanı soyadı qoruyub saxlaya bilməyib. O illərin səbəbləri hər kəsə məlumdur.

Biz Flora Kərimova ilə qohum olduğumuzu bilirik. Musiqiyə olan maraq və istedadın da genlərdən gəldiyinə inanırıq. Digər tərəfdən, Dadaşovlar nəsli ilə də qohumluq əlaqələrimiz var."

Sözügedən paylaşım sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub və müzakirələrə səbəb olub.

Musa
Milli.Az