Mərhum Əməkdar artist Həsən Əblucun qızı Elnaz Əbluc anası ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
OLAY yazır ki, o, statusunun yanlış anlaşıldığını, anasının koma vəziyyətində olduğu üçün yemək yeyə bilmədiyini bildirib:
“Mən dünən statusu yazmışam, şok halda fikirlərimi ifadə edə bilməmişəm. Anam koma vəziyyətində olduğu üçün yeyə bilmirdi. Mən sadəcə tibbi dəstək istəmişəm. Məni niyə camaata söydürürsüz? Hamı bilir ki, mən 3 ildir anama 24 saat yüksək səviyyədə baxıram”.
















