Dünyaca məşhur yarışma “Düşən pullar” verilişinin 2-ci buraxılışı yayımlanıb.
OLAY yazır ki, AzTV-də yayımlanan layihənin bu dəfəki qonaqları Əməkdar artistlər Nahidə Orucova və Nicat Kazımov olub.
Onlar gərgin mübarizəyə qoşularaq 100 min manat uğrunda yarışıblar. 5-ci suala kimi 100 min manatla gələn iştirakçılar 5-ci sualda çətin anlar yaşayıblar. Əməkdar artistlər "smaylik"lə bağlı suala səhv cavab verərək 100 min manatın hamısını itiriblər.
Layihənin aparıcısı Şəhriyar Əbilovdur.
“Düşən pullar” layihəsi hər şənbə günü saat 22:00-da AzTV-də yayımlanacaq.
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:.