Son zamanlar astral səyahət etməsi ilə bağlı verdiyi açıqlamalarla gündəmdən düşməyən türkiyəli müğənni Yusuf Güney daha bir maraqlı fakir səsləndirib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, qatıldığı teleproqramlardan birində Andromeda Qalaktikasındakı planetlərdən birində sevgilisinin olduğunu bildirib.
Yusuf "Yerdə sevgilim yoxdur. Andromedada bir qadına aşiqəm. O planetin insanları 900 il yaşayırlar, mənim sevgilimin 100 yaşı var, yerlə müqayisə eləsək, təxminən 20 yaş sayıla bilər" deyib.
Onun bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun