Elariz oğlunun toyunu buna görə İstanbulda edibmiş

Elariz oğlunun toyunu buna görə İstanbulda edibmiş

Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlu oğlu Məmmədə İstanbulda toy edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Elgizlə izlə" verilişinə zəng edərək, toy haqqında danışıb.

O bildirib ki, məclisə Azərbaycan ifaçılarından Arzu Rzayevi dəvət edib:

"Yaxın qohumlarım, dostlarımı çağırdım. Toyda Arzu Rzayev oldu. Biletini də aldım, otelinin də pulunu ödədim. Çox pulgir adamdır". 

Elariz övladına İstanbulda toy etməsinin səbəbini açıqlayıb:

"Çünki oğlum İstanbulda vəkil kimi çalışır. Dost-tanışı İstanbuldadır. Türkiyədə olan bütün azərbaycanlılar ona müraciət edir. Bakıda toy etsəydim, gərək hamı ora gələrdi".

Qeyd edək ki, Məmməd Mehriban adlı xanımla ailə qurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun