Ceki Çan "Allahın zirehi IV: Ultimatum" filmini Qazaxıstanda çəkəcək. Bu da ulduzun Mərkəzi Asiya regionundakı ilk layihəsidir.
Mili.Az xəbər verir ki, film Ceki Çanın canlandırdığı "Asiya qırğısı" personajının hekayəsini davam etdirir. Bu dəfə o, 20 milyon dollardan çox mükafatı olan "Tumar" adlı qədim artefaktın qlobal axtarışına qoşulur. Çəkilişlər Qazaxıstanla yanaşı Azərbaycanda da baş tutacaq.
Ceki Çan bu layihənin qazaxıstanlı tərəfdaşlarla ilk işi olduğunu, lakin bunun son olmayacağını və tezliklə daha çox yenilik edəcəklərini bildirib.
"Bu, mənim qazaxıstanlı tərəfdaşlarla ilk layihəmdir, amma sonuncu olmayacaq. Yaxın zamanda daha çox elanlarımız olacaq. Mən əvvəllər orada heç vaxt film çəkməmişəm və bu, tamaşaçılara təqdim edə biləcəyimiz bir çox yeni vizual və yaradıcı ideyalar açır",- deyə Ceki Çan bildirib.
Milli.Az
















