Oksana Rəsulova: “Davam etsəydim, indi tanınmış həkim idim”

Oksana Rəsulova: “Davam etsəydim, indi tanınmış həkim idim”

"Doqquz il tibb oxumuşam, cərrah ginekoloqam".

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova verilişlərin birində deyib.

Sənətçi tibb təhsili almasından, amma fəaliyyətini həkim kimi davam etdirməməsindən danışıb:

"Ailəm məni başqa sahəyə yönəltdi. Kimya, bialogiyanı yaxşı bildiyim üçün tibb akademiyasına qəbul oldum. Altı il oxudum, həkim oldum. Sonra iki il ginekoloq ixtisası üzrə, bir il isə dəri-zöhrəvi ixtisası üzrə təhsil aldım. Davam etsəydim, indi tanınmış həkim idim. İndi də həkim kimi məsləhətlər verə bilərəm. Fəaliyyətim o vaxtdan var. Amma incəsənət məni daha çox cəlb edirdi".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun