Tanınmış xanəndə dağılan ailəsindən DANIŞDI: "Övladıma görə..."

Tanınmış xanəndə dağılan ailəsindən DANIŞDI: "Övladıma görə..."

Xanəndə Günay Mütəlimova efirdə şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Milli.Az xəbər verir ki, sənətçi oğlu Ramalın böyümə prosesində qarşılaşdığı çətinliklərdən danışaraq həyatının ən ağır dönəmlərini bölüşüb.

Mütəlimova bildirib ki, ayrılıqdan sonra bir müddət oğlu ilə tək qalıb. Daha sonra universitetə qəbul olduğunu və təhsilini davam etdirmək üçün övladına anasının baxdığını deyib.

Müğənninin sözlərinə görə, anası iki il nəvəsinə qayğı göstərsə də, sonradan ağır yataq xəstəliyinə tutulub və bundan sonra onun həyatında çətin günlər başlayıb.

Xanəndə həmin dönəmdə oğlunun ata tərəfdən nənəsindən dəstək istədiyini açıqlayıb: "Məqsədim övladımı sağlam düşüncəli böyütmək idi. Onun yaxşı təhsil almasını, sağlam mühitdə yetişməsini istəyirdim".

Günay Mütəlimova şəxsi münasibətlərini də övladına görə arxa plana keçirdiyini etiraf edib. O bildirib ki, oğlunun naminə qarşı tərəflə dost münasibəti saxlamağa üstünlük verib və buna görə peşman deyil.

Sənətçi həmçinin hər iki nənəyə təşəkkür edərək onların dəstəyi sayəsində oğlunu böyütdüyünü vurğulayıb:

"Artıq Ramalın 13 yaşı var. Böyük oğlandır, mənim dostumdur. Həmişə mənə deyir ki, arxandayam. Biz təkcə ana-bala yox, həm də dostuq", - deyə xanəndə bildirib.

Musa
Milli.Az