Türkiyəli model və aparıcı Sevda Demirel yaşadığı uğursuz hadisə ilə gündəmə gəlib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi dostları ilə gəzinti zamanı qəfil yıxılıb və ayağını sındırıb. Hadisə zamanı yaşanan anlar isə yanında olan dostunun kamerasına saniyə-saniyə əks olunub.
Yayılan görüntülərdə Sevda Demirelın yıxıldıqdan sonra çətin anlar yaşadığı görünür. Hadisədən sonra o, xəstəxanaya aparılıb və ayağı gipsə qoyulub.
Sosial şəbəkələrdə paylaşılan görüntülər qısa zamanda geniş yayılıb. İzləyicilər sənətçiyə keçmiş olsun mesajları ünvanlayıblar.
Musa
Milli.Az




















