Verilişlərinin ad bənzərliyinə söz atdı

Verilişlərinin ad bənzərliyinə söz atdı

Aparıcı Günay Baxşəliyevanın yeni verilişə başlama xəbərindən sonra həmkarı Xoşqədəm Hidayətqızı paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, o, instaqramda 2019-cu ildə yayımlanan proqramının adını və anonsunu paylaşıb.

“”Xoşqədəmli bir gün” birinci buraxılışı 2019-un 24 mayında yutub kanalımda yayımlandı. Verilişi ilk xatırlayana hədiyyəm olacaq”.

Qeyd edək ki, Baxşəliyevanın yeni proqramının adı “Günaylı bir gün”dür