Könül Xasıyevanın adından dələduzluq - FOTO

Könül Xasıyevanın adından dələduzluq - FOTO

Xalq artisti Könül Xasıyevanın adından dələduzluq edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda sosial media hesabında paylaşıb. O, konsertinə dəstək məqsədi ilə bəzi şəxslərdən pul yığıldığını vurğulayıb.

"Əziz muğam sevər xalqımız, bizdə (ansabl olaraq) olan məlumata görə, bəzi "insan"lar konsertimiz öncəsi bizim adımızdan istifadə edib, guya "konsertə dəstək məqsədi ilə" müəyyən şəxslərdən pul qoparırlar. Belə "insan"lara inanmamağı xahiş edirik" deyə, müraciətdə yazılıb.

Qeyd edək ki, K.Xasiyeva iyunun 5-də Heydər Əliyev Sarayında "Ana" adlı solo konsert verməyə hazırlaşır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun