Xəbər verdiyimiz kimi, Avroviziya-2026 beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.
Milli.Az xəbər verir ki, yarımfinalda 15 ölkə iştirak edib, lakin onlardan yalnız 10-u böyük finala yüksələ bilib.
İkinci yarımfinaldan finala çıxan ölkələr bunlardır: Bolqarıstan, Ukrayna, Norveç, Avstraliya, Rumıniya, Malta, Kipr, Albaniya, Danimarka və Çexiya.
Azərbaycan, Lüksemburq, Ermənistan, İsveçrə, Latviya isə finala çıxa bilməyib.
Beləliklə, mayın 16-da keçiriləcək finalda aşağıdakı ölkələr çıxış edəcək:
Yunanıstan, Finlandiya, İsrail, Moldova, İsveç, Xorvatiya, Litva, Polşa, Serbiya, Belçika, Bolqarıstan, Ukrayna, Norveç, Avstraliya, Rumıniya, Malta, Kipr, Albaniya, Danimarka və Çexiya, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Avstriya.
Milli.Az

















