“FIFA” 2026-cı il dünya çempionatının finalı zamanı Madonna, Şakira və “BTS”in iştirakı ilə möhtəşəm musiqili şou təşkil edəcək.
OLAY yazır ki, çıxışın 19 iyul tarixində “MetLife Stadium” stadionunda, turnirin final oyununun fasiləsi zamanı baş tutacağı bildirilir.
Beləliklə, “FIFA” dünya çempionatları tarixində ilk dəfə olaraq həlledici görüşün fasiləsində “Super Bowl” formatında musiqili şou keçirəcək.
















