Aytən Rafet və İremlə bir araya gəldi

Aytən Rafet və İremlə bir araya gəldi

Aparıcı Aytən Səfərova türk müğənnilər Rafet El Roman və İrem Derici ilə bir araya gəlib.

OLAY yazır ki, bu barədə Aytən instaqramda fotolar paylaşıb.

A. Səfərova şəkillərə bu sözləri yazıb:

“İstanbula gedəndə başıma çox təəccüblü və paradoksal hadisələr gəlib. Əvvəlcə onu deyim ki, saat 06:10-da uçmalı idim. Müəyyən səbəblərdən alınmadı və biletim saat 16:50 təyyarəsinə dəyişdirildi. Təyyarədə məşhur türk müğənnisi Rafet El Roman ilə yol yoldaşı olduq.

Səfərin son günündə axşam məkanlardan birində şam yeməyi üçün yer bron edilmişdi. Lakin nümayəndə heyətinə bildirdilər ki, müəyyən üzürlü səbəblərə görə rezervasiya alınmayacaq və başqa məkan seçmələri xahiş olundu. Həmin başqa məkanda isə daha bir məşhur türk müğənnisi İrem Derici ilə rastlaşdıq. O qədər səmimi bir xanım idi. Azərbaycanı sevən, bizim musiqilərdən ilham alan bir ifaçı. Açığı, o xanıma çox vuruldum.

Başıma gələnlərdən belə nəticə çıxartdım ki, bəzən yanlışlar çox gözəl və yaddaqalan bir naxışa çevrilə bilirmiş”.