Əməkdar artist Elza Seyidcahan mərhum sənətçi Aygün Bəylərin bacısı Zümrüdü tənqid eidb.
OLAY yazır ki, bu barədə o, “Günaydın Azərbaycan” verilişində danışıb. Seyidcahan proqramda bacısının mahnısını oxuyan Zümrüdə bunları söyləyib:
“Onun mahnılarını oxuyursunuz. Bundan sonra oxumayın. Ehtiyac yoxdur, öz repertuarınız olsun. Onda Zümrüd kimi qalmayacaq. Zümrüd kimi qalmalısan. Aygün öz repertuarını qoydu getdi. Onun keçidlərinə öyrəşmişəm, ona görə səni dinləyəndə əsəbiləşirəm. Camaatın sözünə qulaq asma. Aygünün mahnısını oxusan, bu sənətdə qalmayacaqsan. Öz mahnıların olsun. Özün kimi oxu. Çünki mən əsəbiləşdim, mən bəstəkaram! Mən Aygünü dinləmək istəyirəm bu mahnıda. Aygünün heç torpağı soyumayıb. O biri bacının da stili var. Sənə yol göstərirəm, Elza Seyidcahana qulaq as. Çünki gecikmisən, bu günə qədər öz yolunu qurmalıydın. İstəyirəm Zümrüdün öz imici olsun, ona yaxşılıq edirəm. Onun vokalı da, plastikası, səliqəsi də var. Mən onun ürəyini qırmıram. Gözləri niyə dolur? Niyə ağlaşmaq yaradırıq? Mənə yaxınlaşsın, pulsuz mahnı hədiyyə edim”.