Aygün Kazımova: "Allah məni sevənlərimə qaytardı, 2-ci həyatımı yaşayıram”

Aygün Kazımova: "Allah məni sevənlərimə qaytardı, 2-ci həyatımı yaşayıram”

Xalq artisti Aygün Kazımova uzun fasilədən sonra yenidən sevənləri ilə bir araya gəlib.

Milli.Az-ın məlumatına görə, sənətçi səhnə çıxışı zamanı bir müddət əvvəl keçirdiyi səhhət problemi ilə bağlı da danışıb. Pop ulduzu hazırda özünü daha yaxşı hiss etdiyini bildirib və tamaşaçılara duyğusal sözlər ünvanlayıb.

Aygün Kazımova çıxışı zamanı onu sevənlərin dəstəyi və dualarının bu prosesdə böyük rol oynadığını vurğulayıb. O, yaşadıqlarını "ikinci həyat" kimi dəyərləndirdiyini deyərək, həkimlərə də təşəkkür edib.

Sənətçinin səmimi açıqlamaları zalda alqışlarla qarşılanıb. Sosial şəbəkələrdə isə izləyicilər Pop kraliçaya sağlamlıq və uğurlar arzulayıblar.

Milli.Az