“Boşandıq, birlikdə evə qayıtdıq, hər gün də DANIŞIRIQ” - VİDEO

“Boşandıq, birlikdə evə qayıtdıq, hər gün də DANIŞIRIQ” - VİDEO

Bir müddət əvvəl uzunmüddətli evliliyinə son qoyan Pelin Karahan keçmiş həyat yoldaşı ilə bağlı açıqlama verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa boşanma prosesinin sakit və qarşılıqlı hörmət çərçivəsində keçdiyini bildirib. O, ayrılıq barədə danışaraq bunları qeyd edib: "Biz çox gözəl şəkildə ayrıldıq. Birlikdə məhkəməyə getdik, sonra birlikdə evə qayıtdıq. Hələ də hər gün danışırıq."

Qeyd edək ki, Pelin Karahan 2014-cü ildə ailə həyatı qurduğu Bedri Güntay ilə bir müddət əvvəl evliliyini rəsmən başa vurub. Ayrılığın sivil şəkildə baş verməsi isə media və sosial şəbəkələrdə diqqət çəkib.

Hüseyn
Milli.Az