"Avroviziya 2011" qalibi Nigar Camal qızı Jasminə ad günü edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin İngiltərədə yaşayan övladı Bakıya gəlib. İfaçı onun 18 yaşı tamam olması münasibətiylə sürpriz hazırlayıb.
Nigar məclisdən görüntüləri sosial şəbəkədə paylaşıb.
"Jasminimi 18 yaşı tamam olması münasibətiylə təbrik edirəm. Ona nə qədər səni sevirəm desəm də, daha çox sevirəm. 18 yaşın - bu hələ başlanğıcdır. Ulduzlara çatmağa davam et və heç zaman parıldamaqdan əl çəkmə" deyə, ifaçı paylaşımında yazıb.
Qeyd edək ki, Nigarın iki qız övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun