"Bir balaca düşünün, sonra nəsə edin".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Elgizlə izlə" verilişində deyib.
Əməkdar artist onu digər həmkarları və mərhum sənətçilərlə müqayisə edənlərə səslənib:
"Mən "Şuşanın dağları"nı oxumuşam. Mənimlə ansambıl arasında müəyyən qədər məsafə var. Burada səsin çatma məsafəsi var. Bu, mənim tonalizim (Tonal - bir tondan başqa tona keçmə - red.) deyildi. Onların öz çaldıqları tonalizlə oxumuşam. Götürüb mənim oxumağımla Xan Əminin oxumağını müqayisə edirlər. Bunu edənə demək istəyirəm, sən nə qədər savadsız adamsan? Ölkədə ikinci Xan Əmi var? Sən kimi kimə tay edirsən? Bu qədər oxuyan gəlib getdi, bir dənə Xan Əmi oldu? Sən məni öz tay-tuşumla müqayisə elə".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun