“Adama “it yalı” verirlər”

“Adama “it yalı” verirlər”

"Yaxşı ki, bayağı ifaçı deyilik. Bayağı olmaqdansa, ekstravaqant olmaq daha yaxşıdır".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib.

Sənətçi səhər verilişlərinin aparıcılarından və qonaqlarından gileylənib:

"Səhər-səhər televizoru açıb, bu bayağıları görürsən... Bəzi aparıcıların geyimlərinə baxırsan, sonra da onların dəvət etdikləri qonaqlara... Səhər-səhər o müğənniləri efirə dəvət edərlər? Elə bil ki, səhər-səhər bozbaş yeyirsən, dolma yeyirsən. Səhər bal, yağ, qaymaq yeyərlər. Təsəvvür edin, bunlar adama səhərlər aş, üstündə də qara verirlər. Bunlar adama "it yalı" verirlər". Heç olmasa insanları düşünün".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun