“Pulları belə olmayıb ki, bir dənə bulka alıb yesinlər”

“Pulları belə olmayıb ki, bir dənə bulka alıb yesinlər”

"Elə valideynlər var ki, onlar övladlarına düzgün yol göstərmirlər. Onların xəbərləri yoxdur ki, Elza həmin şəxslərin uşaqlarını pis yollardan çəkib, qurtarıb. Bunu isə yalnız Allah bilir". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) və Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Xəbər - ətər" verilişində deyib. 

Sənətçi bildirib ki, zamanında istər maddi, istərsə də mənəvi dəstək durduğu insanlar ona nankor çıxıblar: 

"Bu sənətdə elə insanlar var ki, onlara o qədər kömək etmişəm, amma mənə nankor çıxıblar. Onların hətta ciblərinə pul belə qoymuşam. Az qalıb ki, onlar acından ölsünlər. Pulları belə olmayıb ki, bir dənə bulka alıb yesinlər. Bunlardan birinin anası məndən soruşub ki, "Oğlum sizdədir?" və ya "Qızım haradadır?". Cavab vermişəm ki, narahat olmayın, o gəldi bizə, mahnı da verdim, cibinə pul da qoydum getdi. Amma indi onlar mənə nankor çıxıblar.

Mən həm ana, həm bacı, həm dost kimi də yardım və qayğı göstərmişəm. Mən hər zaman demişəm ki, o qədər aciz deyiləm ki, təkcə ailəm üçün yaşayım. Mən bu həyatda bir tək özümdən başqa hamı üçün yaşayıram. Amma Allah bunu mənə bağışlamaz. Çünki Allah bu bədəni və gözəlliyi verib və deyir ki, Elza özünə də bir vaxt, zaman ayır və get dincəl". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun