Əməkdar artist Elza Seyidcahan "Günaydın, Azərbaycan" verilişində əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətovaya bacısının mahnılarını oxumamasını məsləhət görüb.
Elzadan Aygün Bəylərin mahnısını oxuyan bacısına ETİRAZ: "Əsəbləşirəm, oxuma!" - VİDEO
Aygün Bəylərin bacısı: "Onlar Almaniyada yaşayırlar, iki günlük..." - VİDEO
Milli.Az bildiri ki, mövzu ilə bağlı Moderator.az-a danışan Zümrüd Hümmətova bildirib ki, bacısının mahnılarını oxumaq onun haqqıdı:.
"Mən qalmaqallı verilişlərdən, proqramlardan uzağam. Bundan sonra da istəmirəm. Heç vaxt da baş qoşmamışam. Bu əslində mənim üçün qalmaqal deyil. Elza xanım bizim hörmətli, dəyərli sənətkarlarımızdan, bəstəkarlarımızdan biridir. O öz fikrini bildirdi. Hardasa onun fikrində həqiqət var. Bunu əslində mən də düşünmüşəm ki, 1-2 Aygünün mahnısından ifa edim, sonra yavaş-yavaş öz repertuarımı zənginləşdirəcəyəm. Bu fikrimdən heç kimin xəbəri yoxdur. Elza xanım da məni indi tanımır. İllər öncə verilişlərdə olmuşuq, elə Aygünün özü ilə də duetlərim olub. Elza xanım çox gözəl bilir ki, mənim necə səsim, sənətim var. Speys kanalında "Musiqili meydan" verilişində 2 ay canlı retro mahnılar oxumuşam. Mənim oxumağıma şübhəsi yoxdur. Sadəcə fikir bildirib ki, öz mahnın olsun. Bunu heç qəbahət kimi də qəbul etmədim. Hamı bilir ki, Elza xanım söz deyəndə özündən çıxır, aqressivləşir. Mən yenə də öz qabiliyyətimi, hörmətimi göstərdim. O sənətdə məndən böyükdür. Bilirəm ki, o orada heç mənim pisliyim üçün söz işlətməyib, işlətməz də. Çünki o bizi də tanıyır, ailəmizi də, Aygünün də xətrini çox istəyir. Mən bu mövzunu da heç qalmaqallı adlandırmazdım. Allah hamıya ürəyincə versin".
Zümrüd Hümmətovanın Aygün Bəylərin mahnılarını oxuyanlardan tələbi və xahişi də var.
"Aygün xanımın ifa etdiyi bütün mahnılar ona məxsusdur. Biz də onun bacılarıyıq, canıyıq, qanıyıq. O mahnılarını bizə miras qoyub. Bizə heç kim qadağa qoya bilməz ki, oxuma! Əksinə, biz qadağa qoymalıyıq. Mənim bacım sağ olanda deyirdi ki, belə şeylər baş verəcək, söz-söhbətlər olacaq, fikir vermə. Deyirdi ki, "mənim mahnılarım möhürlüdür, səndən başqa kim oxuyacaq ki?!". Bacım sağlığında bütün mahnılarını, disklərini mənə vermişdi. Özünüz bilirsiniz ki, hər yerdə canlı oxuyurdu. Bəzən xəstə olanda fanaqram ifa edirdi. Onu da yutubdan tapıb oxutdururdular. O heç yerə disk aparmırdı. Disklərinin hamısını mənə bağışlayıb demişdi ki, hansı mahnımı istəyirsən oxu. İnşallah gələcəkdə mənim repertuarımda bəstəkar, retro mahnılar da olacaq. Amma mən Aygünün mahnılarını bircə-bircə ifa edəcəm. Heç kim mənə deyə bilməz ki, Aygünün mahnısını oxuma! Kimə xoşdur qulaq assın, kimə xoş deyil qulaq asmasın. Sənəti, səsi olmayan, reytinq xatirinə Aygünün mahnılarını oxuyanlar var. Mahnıları qara günə qoyurlar. Mən heç razı deyiləm. Oxuya bilənlər, səsi, sənəti olanlar oxusun, yaşatsınlar. Niyə də oxumasınlar?! Amma bir əmması var. Çox üzülürəm ki, Aygünün yoxluğundan istifadə edib mahnılarını götürüb mənimsəyirlər. İstərdim ki, heç olmasa ailə üzvlərinin birindən, elə şəxsən məndən hörmət naminə icazə alsınlar. Əlbəttə ki, mən yox deməyəcəm. Onda görərəm ki, sənətkarın ruhuna da hörmət edirlər, həqiqətən də istəyiblər və indi də mahnısını yaşadırlar. Amma biri də var ki, ailəsini saymayıb, kim necə gəldi aranjiman edib oxuyur. Yiyəsiz kimi! Elə bil ki, Aygünün mahnıları ortalıqda qalıb. Elza xanım əslində bu sözü mənə yox, onlara desəydi mənə dəstək olmuş olardı. Əlbəttə ki, sənəti olmayana, oxuya bilməyənə icazə verməyəcəm. Amma sənəti, səsi olan gedib oxusun da. Mən elə bacımın adından deyirəm. Bacım heç vaxt paxıl olmayıb, ömür boyu gənclər üçün yol açıb. Çox təəssüf ki, heç kim bu gün bizi saymır. Birinci mahnının müəllifləridir, amma müəlliflər də danışmırlarsa ailəsindən icazə alınmalıdır. Mənim üçün deyirlər ki, elə bil bacısının ölməyini gözləyirdi efirə çıxıb oxusun. Mən necə demişdimsə sənət yoldaşlarının çoxu onun yoxluğuna sevinir. Bax, buna görə deyirdim ki, yiyəsiz bilib hamı onun mahnılarına hücum çəkib. Sənətkara hörmətiniz budur? Bu düzgün hal deyil. İcazəsiz oxuyanlar üçün deyirəm ki, onlar elə bil Aygünün ölümünü gözləyirdi. Gözləyirdilər ki, şir, sənətkar getsin, səhnə boş qalsın, mahnısını oxusunlar. Yiyəsizlik baş alıb gedir", - deyə Zümrüd Hümmətova deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun