İnsult keçirən Kadir İnanırdan xəbər var

İnsult keçirən Kadir İnanırdan xəbər var

Xəstəxanaya yerləşdirilən aktyor Kadir İnanırın səhhəti ilə bağlı daha bir açıqlama yayılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor reanimasiyadan çıxardılıb. Bu barədə xəstəxanadan məlumat verilib. Bildirilib ki, K.İnanırın müalicəsinə nevrologiya şöbəsində davam ediləcək.

"Reabilitasiya prosesi davam edir. O, birinci dərəcəli qohumları ilə daha rahat bir mühitdə görüşə biləcək, lakin imkan daxilində ziyarətçiləri qəbul etməyəcəyik. Sağalma başlayır, amma bildiyiniz kimi, reabilitasiya prosesi uzun bir prosesdir. Bəzən aylar çəkə bilər. Gündən-günə yaxşılaşır. Həm əzələ gücü, həm şüur, həm də ümumi vəziyyəti daha yaxşıdır. Komorbid xəstəliklərin müalicəsi tamamlanmaq üzrədir" deyə, məlumatda yazılıb.

Qeyd edək ki, Kadir İnanırın halı bir müddət əvvəl pisləşib və xəstəxanaya yerləşdirilib. İnsult keçirən Kadir İnanırın sağ tərəfinin iflic olduğu müəyyən edilib. Tıxanmış beyin damarı əməliyyat nəticəsində açılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun