Amerikalı aktrisa Şennen Doherti "People" jurnalına müsahibəsində 4-cü mərhələdə döş xərçəngi ilə mübarizəsi haqqında danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın sözlərinə görə, xəstəlik onun sümüklərinə belə keçib:
"Yaşamağım, sevməyim, yaratmağım bitmədi. Hər şeyin yaxşılığa doğru dəyişəcəyinə ümidim bitmədi. Mən hələ bitirməmişəm".
Şennen həyatının eşqini tapa biləcəyinə ümid etdiyini əlavə edib:
"Sonsuza qədər tək qalacağımı düşünmürəm. İrəli getmək üçün özümü sevməli, keçmişimə sahib çıxmalıyam. Çox əminəm ki, kiminləsə görüşəcəyəm, tezliklə".
Qeyd edək ki, aktrisaya 2015-ci ildə döş xərçəngi diaqnozu qoyulub. Daha sonra mastektomiya əməliyyatı, kimya və radiasiya terapiyası keçirib. O, 2017-ci ildə də remissiyada olduğunu bildirib. Xəstəlik 2019-cu ildə yenidən qayıdıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun