Türkiyəli aktrisa Şevval Samın yeni layihəsi bəlli olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ekran işində "Yan oda" serialında rol alacaq. O, layihədə "Verda" obrazına həyat verəcək.
Serialda Şevvalın tərəf müqabili aktyor Caner Cindoruk olacaq. O, "Fikret" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, Şevval son olaraq "Yasak elma", Caner isə "Maviye sürgün" serialında rol alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun