Reper Cey-Zini cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü ittihamlardan geri çəkilib.
OLAY yazır ki, 2024-cü ilin dekabrında 56 yaşlı reper 2000-ci ildə Şon “Diddy” Kombsla birlikdə yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıq törətməkdə ittiham olunub. İddia 2025-ci ilin fevralında rədd edilib.
Manhetten federal məhkəməsinə təqdim edilən ərizədə Ceyn Doe adı ilə göstərilən iddiaçı Cey-Zinin ona heç vaxt təcavüz etmədiyini və onların heç vaxt görüşmədiyini yazıb.
O ərizədə “Cənab Karterə qarşı irəli sürdüyüm bəyanatlarda zərrə qədər də həqiqət yoxdur. Başa düşürəm ki, yalan ittihamlarım cənab Karterə heç vaxt tam şəkildə aradan qaldırıla bilməyəcək böyük ağrı, iztirab və zərər vurub” deyə bildirib.

Mənbə:
olay.az
















