Azərbaycanlı aparıcı hindli iş adamı ilə 2-ci toyundan VİDEO yaydı

Azərbaycanlı aparıcı hindli iş adamı ilə 2-ci toyundan VİDEO yaydı

ABŞ-də yaşayan aparıcı Günel Musəvi şəxsi həyatı ilə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, keçmiş televiziya siması sosial şəbəkə hesabında ikinci toyundan görüntülər paylaşaraq evlilik ildönümünü qeyd etdiyini bildirib. Kadrlarda məclisdən maraqlı anlar yer alıb.

Günel Musəvi hindistanlı iş adamı Endi Krişnan ilə qurduğu ailədə həm Azərbaycan, həm də Hindistan adətlərinə uyğun mərasim təşkil edib. Toydan yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, bu, aparıcının ikinci evliliyidir. Onun ilk nikahından bir qız, ikinci ailəsindən də bir oğlu var.

Musa
Milli.Az