“Bir böyrəyini götürdülər” – Fərda anası haqda

“Bir böyrəyini götürdülər” – Fərda anası haqda

Aktyor Fərda Xudaverdiyevin anasının səhhətində problem yaranıb.

OLAY yazır ki, bu barədə sənətçi “Xəzər axşamı” verilişində danışıb. O, anasının bir böyrəyinin götürüldüyünü söyləyib:

“6-7 il əvvəl orqanizmində böyrəyi ilə bağlı xəstəlik baş verdi. 5 ildən sonra əməliyyat oldu, hər şey qaydasında idi. 5-6 ay bundan qabaq yenidən əməliyyata ehtiyac oldu. Bir böyrəyini götürdülər. Sonra da soyuqdəymədən tikişlər açılıb, bu gün səhər apardım xəstəxanadan çıxardım. Allah bütün valideynlərə cansağlığı versin”.