2005-ci ildə yayımlanan "Gümüş" serialında Kıvanç Tatlıtuğ ilə birlikdə rol alan Songül Öden açıqlamaları ilə gündəm olub.
Milli.Az xəbər verir ki, Songül Öden anasının seriala və xüsusilə bəzi səhnələrə sərt reaksiya verdiyini etiraf edib.
"Anam mənə çox əsəbiləşirdi, 'Bu qız bataqlığa düşdü, onu itirdik' deyirdi. İndi gülərək danışıram, amma o vaxtlar çox pis idi. 'Gümüş'dəki ilk öpüşmə səhnələrində anam neçə dəfə xəstəxanalıq olub. Mənim üçün çox çətin idi, 'Bu necə ola bilər? deyə reaksiya verirdi". /olay.az
Milli.Az

















