MTV Azərbaycanın aparıcısı Gülnar Şəhliyarli həyat yoldaşı ilə birlikdə görüntülənib.
Milli.Az xəbər verir ki, cütlüyün səmimi anları kanalın yaranmasının 14 illiyi münasibətilə təşkil olunan tədbirdə lentə alınıb. Gecədən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Xüsusilə tele-aparıcı və həyat yoldaşının rəqs etdiyi anlar izləyicilərin diqqətini çəkib. Videolar qısa müddətdə yayılaraq müxtəlif müzakirələrə səbəb olub.
Sosial media istifadəçiləri cütlüyün uyğunluğunu və səmimi münasibətini yüksək qiymətləndirərək paylaşımın altına çoxsaylı rəylər yazıblar.
Musa
Milli.Az
















