Xalq artisti Aygün Səmədzadə sevilən mahnıları ilə səhnədə

Xalq artisti Aygün Səmədzadə sevilən mahnıları ilə səhnədə

Bəstəkar Aygün Səmədzadə Gəncədə sevilən mahnıları ilə pərəstişkarlarının qarşısına çıxacaq

​Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar Aygün Səmədzadənin yaradıcılıq gecəsi keçiriləcək.

​"Sevimli mahnılarla" adlı konsert proqramında bəstəkarın dillər əzbəri olan, könülləri oxşayan unudulmaz əsərləri və hit mahnıları səsləndiriləcək. Musiqisevərlərə unudulmaz və bədii hisslərlə zəngin bir gecə vəd edən tədbir mayın 25-i saat 19:00-da baş tutacaq.

​Biletləri Gəncə Dövlət Filarmoniyasının kassasından və iTicket.az saytından onlayn şəkildə əldə edə bilərsiniz.

​Əlaqə nömrələri:​+994 22 266 00 62, ​+994 50 299 00 80, ​+994 50 863 98 89

​İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az