"Bir mahnım 100 obyektə bərabərdir. "Son vida" 1998, "Tənha" 2002-ci ildə bəstələmişəm".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Günaydın, Azərbaycan" proqramında deyib. Müğənni ən çox gəlir əldə etdiyi mahnılarından danışıb:
"Son vida" 1 həftədir trenddədir. Tiktok-da gündəlik yox, həftəlik trendə düşüb. Mənə ondan ruzi gəlir. Bir mahnıya görə, hədiyyələr alıram. Bir də görürsən kimsə qapını döyür bahalı telefon gətirir ki, filan bəstənizə görə sizə hədiyyə edirəm. Mahnımın pərəstişkarları hədiyyələr verirlər. Biri gəlir ki, "Sizə güvəndiyim dağlar" mahnısına aşiqəm. Bunlara görə ruzim olur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun